Qəbələdə faciə: dağdan yıxıldı
11-11-2018 17:15
Baxış sayı:
1592

Bu gün Qəbələ rayonunda faciəvi hadisə baş verib. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.