“Qəbələ”dən imtina edən Heydərovlar “Neftçi”ni “ələ keçirir”? - Sabah müqavilə imzalanacaq

Baxış sayı:
14899

Bakının "Neftçi" klubu daha bir yeni sponsorla müqavilə imzalayır.

Muxalifet.az xəbər verir ki, klub sabah - dekabrın 10-da saat 12:00-da “Bakcell Arena” stadionunun mətbuat konfransı zalında yeni sponsorla əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirəcəyini rəsmən açıqlayıb. Əldə etdiyimiz məlumata görə, klub "Unibank"la müqavilə imzalayacaq.

Baxmayaraq ki, "Unibank" ehtimalı daha çoxdur, lakin gözləntilər içində "Gilan Holdinq"in də adı çəkilir. Belə ki, yanvarda "Qəbələ"yə sponsorluğu dayandıracağı ilə bağlı məlumat yayan sözügedən şirkət "Neftçi" ilə müqavilə imzalaya bilər.

Qeyd edək ki, “Qəbələ” klubunun prezidenti Tale Heydərov istefa verdikdən sonra atası Kəmaləddin Heydərova məxsus “Gilan Holding” də sponsorluqdan imtina etmişdi.

Belə ki, qərara əsasən “Gilan Holding” 2020-ci ilin yanvarın 1-də "Qəbələ" klubuna  maddi sponsorluğunu dayandıracaq.