Qəndil ətrafındakı KRİTİK BÖLGƏLƏR TSQ-nin NƏZARƏTİNDƏ

Baxış sayı:
1531

TSQ, Qəndilə qarşı təşkil etdiyi hərəkatda 34 kilometrə qədər dərinliyə irəliləyib. Bölgədə maddi-texniki dəstək üçün 13 kilometrlik bir təhlükəsizlik yolunun tikintisi davam edərkən, terrorçuların yuvalandığı Hakurk və Bermize üçbucağında nəzarət tamamilə Türk əsgərinə keçib. TSQ, regionda daha 3 baza qurub.
 
Türk Silahlı Qüvvələrinə (TSQ) bağlı birliklər, 12 mart tarixindən bu yana davam etdirdiyi əməliyyatlarda 34 kilometr dərinliyinə qədər irəliləyib. Regiondakı təhlükəsizlik mənbələrindən alınan məlumatlara görə, TSQ-nin 25 iyuna qədər 38 kilometr içərilərə doğru irəliləməsinin planlaşdırıldığı qeyd edilib. Digər tərəfdən, TSQ-ya bağlı hərbi hissələrə əlavə əsgərin göndərilməsi, ağır zirehli maşınların keçidi və maddi-texniki yardım üçün 13 kilometrlik bir təhlükəsizlik yolunun tikintisinə başlandığı qeyd olunub.
Müxalifət.az