Qəndildə 27 TERROR YUVASI MƏHV EDİLƏCƏK

Terror təşkilatının mərkəzi olan Qəndilin ətrafında irili-xırdalı 27 düşərgə yerləşir. Əməliyyatda əsas hədəf bu düşərgələr olacaq.
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Qəndilə qarşı əməliyyatın başlandığını açıqlamasından sonra gözlər terror təşkilatının İraqdan başlayıb İran torpaqlarına qədər uzanan Qəndil bölgəsindəki irili-xırdalı məskunlaşma ərazilərinə çevrildi. Bu regionda prioritet hədəf arasında 27 düşərgə yerləşir. Jandarm Ümumi Komandanlığı Kəşfiyyat İdarəsinin rəhbərliyinin məlumatlarına görə, Qəndilin qərb cəbhəsindəki düşərgələr İraq, Şərq cəbhəsindəki düşərgələr isə İran sərhədləri içində yer alır. Terror başçılarından Murad Karayılan, Cəmil Bayık, Duran Qalxan, Əli Heydər Qeytan, Mustafa Karasu, Rza Altun, Sabri Ox kimi terrorçubaşıların Şərqi Qəndildəki mülki yaşayış sahələrinə qaçdıqları və orada məskunlaşdıqları müəyyənləşdirilib.
Müxalifət.az