“Qəndildəki terrorçubaşıyla Məclisdəki qalstukluların heç bir fərqi yoxdur” – Türk nazir
23-11-2018 17:39
Baxış sayı:
3064

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Antalyada şəhid körpə Bədirxan Mustafa Karakaya Uşaq Bağçasının açılışında çıxış edib.
Çıxışında gündəmi qiymətləndirən nazir Soylu, terrorla mübarizədə qətiyyət mesajları verib.
Süleyman Soylu, "10 yaşlı qızların dağa çıxmasını əngəlləyə bilməsəm aldığım nəfəs mənə haram olsun. Qəndildəki terrorçubaşı Cəmil Bayık-la, Məclisdəki qalstukluların heç bir fərqi yoxdur" deyib.
Soylunun, Məclisdəki qalstuklular deyərkən, PKK-nın siyasi qolu olan HDP-çiləri nəzərdə tutduğu bildirilir.
Müxalifət.az