​Ərdoğan məşhur fələstinli qıza zəng etdi

Baxış sayı:
1495

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün azadlığa buraxılan 17 yaşlı fələstinli Ahed Təmimi ilə telefon əlaqəsi yaradıb.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı cəsur qızı cəsarətindən və mübarizə əzmindən dolayı təbrik edib.
O, Təmiminin azadlığa buraxılmasının sevindirici olay olduğunu əlavə edib.
Ərdoğan bundan sonra Fələstin xalqının haqlı mübarizəsini dəstəkləcəyəni də vurğulayıb.
Xatırladaq ki, Ahed Təmimi 8 aylıq həbsdə sonra bu gün azadlığa buraxılıb.