Ərdoğan və Tramp görüşəcək
28-11-2018 08:35
Baxış sayı:
3475

ABŞ prezidenti Trampın Argentinadakı G20 Zirvəsində Türkiyə prezidenti Ərdoğanla görüşəcəyi, Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla ilə görüşmək planının olmadığı bildirilib.
Bu haqda Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton məlumat verib.
Bolton, ABŞ prezidenti Trampın sammit çərçivəsində Argentina, Çin, Rusiya, Almaniya, Yaponiya, Hindistan və Cənubi Koreya liderləri ilə bir araya gələcəyi məlumatını bölüşərək, prezident Ərdoğan ilə də ikitərəfli görüş keçirəcəyini bildirib.
Müxalifət.az