Ərdoğana söz verməmişəm, ola bilsin ki... - YUNAN LİDER
15-06-2018 11:32
Baxış sayı:
1789

Qiyamçı əsgərlərin ekstradisiyası ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana söz verməmişəm.
Muxalifət.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras deyib. O bildirib ki, Ərdoğanla telefon danışığı zamanı məsələnin yanlış anlaşılması mümkündür:
“Belə bir söz verə bilmərəm. Yunanıstan kimi bir ölkədə qüvvələr fərqini bilirəm. Əcnəbi dövlətin rəhbərinə məhkəmə qərarlarının proqnozlarını söyləyə bilmərəm. Mənim ona qarşı münasibətim birmənalıdır”, - deyə baş nazir bildirib.