Ərdoğandan Abadiyə: Şiddət çıxış yolu deyil
14-08-2018 22:21
Baxış sayı:
9757

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Baş naziri Heydər Abadi arasında Ankarada görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı baş tutub.
Görüşdə siyasi, hərbi, iqtisadi, ticari, mədəni və bir çox məsələdə müzakirələr aparılıb.
Ərdoğan İraqda keçirilən etiraz aksiyalarına da toxunaraq, bəzi dairələrlə sui-istifadə hallarının olduğunu, ancaq şiddətin heç vaxt çıxış yolu olmadığını bildirib.
Türkiyə lideri Abadiyə dəstək verərək İraqın problemləri ilə bağlı istər ikitərəfli, istərsə də heyətlərarası görüşlərdə məlumat aldıqlarını söyləyib.