​Ərdoğandan çağırış: Bizi də bu təşkilata üzv edin!

Baxış sayı:
1813

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikanın Yohannesburq şəhərində çıxışı zamanı ölkəsinin də BRİKS alyansına üzv edilməsini istəyib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı Türkiyənin də bu birliyə qoşulacağı təqdirdə, alyansın BRİKST adlandırılacağını bildirib.
“Biz bu 5 ölkə ilə birlikdə G20-yə üzvük. İstərdik ki, onlar bizi də BRİKS-ə üzv etsinlər və biz də burada öz yerimizi müəyyən edək”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki. R.T. Ərdoğan hazırda C.Afrika Respublikasında səfərdədir.