​Ərdoğanın başçılıq etdiyi iclas bitdi: ABŞ-a qarşı bəyanat...

Baxış sayı:
2278

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.
Muxalifet.az xəbər verir ki, iclas 5,5 saat davam edib.
Hökumət üzvlərinin də iştirak etdiyi iclasın sonunda yekun bəyannamə qəbul edilib.
Bəyannamədə ABŞ-ın Türkiyə ilə təhdid dilində danışmasının qəbuledilməz olduğu deyilib:
“Bu yanaşma iki ölkə arasında müxtəlif sahələrdə olan razılaşmalara ciddi zərbə vurur”.
Bəyannamədə bundan əlavə, hökumətin Suriya siyasəti, FETÖ, PYD, YPG ilə mübarizə yolları haqda müddəalar da yer alıb.