Ərdoğanın təklifi rusları şoka saldı - Ekspert açıqladı

Baxış sayı:
10204

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya ilə uzunvədəli əməkdaşlıq qurmağı planlaşdırır.
Muxalifetaz xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
O, Ərdoğanın S-500 sistemlərinin Rusiya ilə birlikdə istehsal edilməsi ilə bağlı təklifini tamamilə siyasi adlandırıb:
“S-500-lər hələ yeni yaradılır. Bu sistemlərin detalları sınaq mərhələsindədir. Yəni, bu gün Rusiya və Türkiyənin S-500-ü birlikdə istehsal edəcəyini demək, həqiqətə uyğun olmaz”.
Korotçenkonun fikrincə, Ərdoğan NATO və ABŞ-ın basqısından dolayı bu kimi açıqlamalara üstünlük verir.