“Roma” klubundan MHP sədrinə gələn dəvətin səbəbi bəlli oldu

Baxış sayı:
3103

İtaliyanın “Roma” futbol klubunun Milliyyətçi Hərəkat Partiyasının sədri (MHP-nin) Dövlət Baxçalını “Real Madrid” ilə oynanacaq Çempionlar Liqası matçına dəvət etməsi böyük əks-səda doğurub. Bağçalı bu dəvətə görə təşəkkür etsə də, matçda iştirak etməyəcəklərini qeyd edib. Bütün bunlara rəğmən bu günə qədər hər kəsi bu dəvətin səbəbi maraqlandırır.
 
Bu sualın doğru cavabı sosial mediadan gəlib. Twitter-dəki "Allen Mcallister” adlı profil istifadəçisi, “Roma”-nın Dövlət Bağçalını dəvət etməsinin klubun və MHP-nin rəmzinin “qurd” olması ilə bağlı olduğunu deyib.
“Mcallister”, “Roma”-nın idman direktoru Monçinin klubun simvolu olan “qurd”u dünya miqyasında bir markaya çevirmək üçün rəmzi “qurd” olan başqa qurum və təşkilatlarla da əlaqəyə keçdiyini bildirib.
“Hürriyət”-in açıqlama aldığı “Mcallister”, "Mənim “Roma”-nın ultra azarkeş qrupları ilə münasibətim var. İçəridən dostlarım ilə danışdım. Aldığım məlumatlar rəsmi deyil, qeyri-rəsmidir. Azarkeşlər mənə "Bu bir Monçi əməliyyatıdır. “Qudr” simvolunu beynəlxalq bir marka etmək istəyir. Bunun üçün məşhur bir şəxslə “Roma”-nı yan-yana gətirmək və “qurd” işarəsi verdirmək istəyir" deyə qeyd edib.
Bir sözlə “Roma” klubu, “boz qurd” işarəsini məşhur etmək istəyir.
Müxalifət.az