Ronaldodan 1/8 final mesajı
26-06-2018 13:46
Baxış sayı:
3769

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo komanda yoldaşlarını DÇ-2018-in 1/8 finalına çıxmaları münasibəti ilə təbrik edib.
Muxalifet.az-ın məlumatına görə, o, komandası ilə təyyarədə çəkilən şəkli "Tvitter"də paylaşaraq yazıb: "Hədəfə nail olundu. Birləşib və 1/8 finala köklənmişik. İrəli, Portuqaliya!".
Qeyd edək ki, K.Ronaldo DÇ-2018-in 3-cü turunda İranla 1:1 hesablı bərabərlikdən sonra jurnalistlərə açıqlama verməkdən imtina edib.
Əlavə edək ki, Portuqaliya 1/8 finalda Uruqvayla qarşılaşacaq.