​Ronaldonun əvəzləyicisi tapıldı: Fransada...

Baxış sayı:
2578

"Real" Edinson Kavani transfer etmək üçün PSJ ilə danışıqlara başlayıb.
Qol.az-ın yaydığı xəbərə görə, Madrid klubunun rəhbərliyi uruqvaylı hücumçunun transferini Neymar və Kilian Mbappe ilə müqayisədə daha münasib hesab edib. Buna görə də "Real" Kristiano Ronaldonun "Yuventus"a keçməsindən sonra onun əvəzinə 31 yaşlı oyunçunu almağa qərar verib.
Qeyd edək ki, Kavani ötən mövsüm 48 matçda 40 qol vurub.