Röya Ayxan: “Yaxşı ki, anam məni çirkin doğub”
26-11-2018 10:15
Baxış sayı:
3151

“Mən görəsən kiminsə xətrinə dəymişdim ki, qarğışına tutuldum? Başlarında çatlasın. Yaxşı ki, anam məni eybəcər doğub. Dünya gözəli olsaydım, ayaqlarım sınardı”.
Bu sözləri Röya Ayxan açıqlamasında deyib. Bir neçə gün əvvəl avtomobil qəzası keçirən müğənni bildirib ki, gipslə gəzməkdən bezdiyi üçün onları çıxardıb. Sonra isə əzilmiş nahiyələri ağrımağa başlayıb və o, yenidən həkimə gedərək gips qoydurub.