Rəşad Sadıqovdan örnək addım - FOTO
31-12-2018 12:02
Baxış sayı:
7189

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə örnək addımi ilə yadda qalıb.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi şəxsi “İnstaqram” səhifəsində həssas paylaşım edib.
Sadıqov aprel döyüşlərinin şəhidi Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.
Şəkil Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Sportinq” oyunundan əvvəl çəkilib.