Ruhani İranın SURİYADAN ÇIXMA SİQNALINI VERDİ

Baxış sayı:
8071

İran prezidenti Həsən Ruhani, Suriyada terrorun köklərinin bir an əvvəl kəsilməsinə ümid etdiyini və beləliklə, bu ölkədə xarici qüvvələrə ehtiyac qalmayacağını deyib.
 
Dünən Fransa prezidenti Emmanuel Makron ilə bir telefon danışığı aparan Ruhani, Suriyada xarici qüvvələrə artıq ehtiyacın qalmayacağını qeyd etməsi ilə İranlı qüvvələrin də ölkədən çıxacağı ilə bağlı işarə vermiş oldu.
Ruhaninin bu açıqlaması siqnal kimi qiymətləndirilsə də, İran cəbhəsindən gələn açıqlamalar Tehranın Suriyadakı varlığının davam edəcəyinə dair eyhamlar yer alırdı.
Bənzər bir şəkildə keçən ay Rusiyanın Soçi şəhərində rejim lideri Bəşər Əsədlə bir araya gələn Rus lideri Vladimir Putin də, Əsəd qüvvələrinin son dövrlərdəki nailiyyətləri ilə birlikdə ölkədəki bütün xarici qüvvələrin çəkilməsini təklif etmişdi.
Müxalifət.az