"RUHANİNİ YOX, MƏNİ TƏHDİD ELƏ" - İRANLI GENERAL

Muxalifet.az xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandirini general Qasım Süleymani ABŞ prezidenti Donald Trampa müraciət edərək deyib: “Bir hərbçi olaraq, Trampın təhdidlərinə cavab vermək mənim vəzifəmdir. Əgər o, təhdid dili ilə danışmaq istəyirsə, prezident Həsən Ruhani ilə yox, mənimlə danışmalıdır”.
İranda ərəb dilində verilişlər verən “Əl Aləm” televiziyası bildirb ki, Süleymani həm də ABŞ hərbçilərinin Qırmızı dənizdəki varlığına narazılığını bildirib: “Keçmişdə təhlükəsiz olan Qırmızı dəniz artıq ABŞ-ın varlığı səbəbindən etibarlı deyil”.
Sülyeymani deyib: “Tramp bizim bir şəhidlər məmləkəti olduğumuzu və onu gözlədiyimizi bilməlidir”.
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Tramp “Tvitter” hesabından paylaşdığı mesajında Ruhaniyə xitab edərək demişdi: “Bir daha əsla ABŞ-ı təhdid eləmə, yoxsa tarixdə çox az adamın qarşılaşdığı nəticələrlə qarşılaşarsan”.