Rus diplomatdan ABŞ rəhbərliyinə aşağılayıcı sözlər

Baxış sayı:
3685

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Donald Tramp administrasiyasını sərt sözlərlə aşağılayıb.
 
“Rossiya-1” telekanalındakı “60 Dəqiqə” proqramında qonaq olan Ryabkov, "Amerika tərəfi yalnız öz səbəblərindən dolayı maraq duyduğu şeyləri eşitməyə hazırdır. Amerika tərəfi, harada həqiqət, harada yalan olduğu, nəyin yaxşı, nəyin pis olduğu barədə fikirlərinə uyğun gəlməyən hər şeyi qulaq ardına vurur. Bu, mövcud beynəlxalq əlaqələrin ən böyük problemidir. Biz daha öncə heç bir zaman, Vaşinqtonda indikilər qədər anlamayan, bu qədər dərindən qapalı olan tərəfdaşlarla qarşılaşmadıq" deyib.
Ryabkov, problemlərlə bağlı fikirlərinə ABŞ-ın diqqətini çəkmək üçün beynəlxalq platformalar və açıq diplomatiya kimi müxtəlif üsullara müraciət edəcəklərini deyib.
Müxalifət.az