​Rusiya-2018-də sensasiya: İspaniya məğlub oldu

Baxış sayı:
3319

Muxalifet.az xəbər verir ki, saat 18:00-da ev sahibi Rusiya ilə İspaniya yığmaları qarşılaşacaq. Görüş Moskvanın “Lujniki” stadionunda baş tutacaq.
Günün digər oyununda Xorvatiya və Danimarka yığmaları üz-üzə gələcək. Bu görüş saat 22:00-da Nijni-Novqorodda keçiriləcək.
12-ci dəqiqədə İqnaşeviçin avtoqolu sayəsində İspaniya hesabı açıb: 1 - 0
Artem Dzyüba 41-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirib: 1 - 1
Görüşün əsas hissəsi 1-1 bərabərliklə yekunlaşdı və komandalar hər biri 15 dəqiqə olmaqla iki əlavə vaxt oynayacaqlar. Əgər qalib müəyyənləşməsə, 11 metrlik cərimə zərbələrinə keçid alınacaq.
Qeyd edək ki, DÇ-2018-də ilk dəfədir əlavə vaxt təyin edilir.
Əlavə vaxtda qapılara qol vurulmadı və qalibi 11 metrlik cərimə zərbələri müəyyən edəcək.
Penalti zərbələrində Rusiya İspaniyadan üstün olub (4:3) və bu nəticə ilə dörddəbir finala yüksəlib.