​Rusiya aeroportuna görkəmli azərbaycanlının adı verildi

Baxış sayı:
5770

Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumat hələ ki, təsdiqini tapmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyada hava limanlarına ölkənin görkəmli şəxslərinin adlarının verilməsi ilə bağlı keçirilən “Rusiyanın böyük adları” müsabiqəsində Surqut və Nijnevartovsk bölgəsində Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov liderlik edirdi.