RUSİYA DOLLARI QIZILA DƏYİŞİR: Mərkəzi bank 26,1 ton qiymətli metal əldə edib

Baxış sayı:
3334

Rusiya iqtisadiyyatın dollar hegemonluğundan qurtulması planını həyata keçirir və məhz buna görə də ABŞ dövlət istiqrazlarını sataraq qızıl alır.

Muxalifet.az bildirir ki, bu barədə oxu.az xəbər verir.

Almaniya nəşri qeyd edir ki, Rusiya hökuməti Qərblə münasibətlərinin normallaşmasına ümid etmir. 

Amerikalı ekspert Ceyms Rikards ehtimal edir ki, ölkə strateji plana malikdir, qızıl isə qarşıdan gələn sanksiyalara davam gətirmək üçün ideal sərmayədir.

İyulda Rusiya il ərzində maksimal miqdarda qızıl alıb: Mərkəzi bank 26,1 ton qiymətli metal əldə edib və nəticədə qızıl ehtiyatı 2170 tona çatıb.