Rusiya iddianı təsdiqlədi

Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə göndərdiyi məktubun diplomatik kanallarla Rusiya tərəfinə çatdırıldığını açıqlayıb.
Peskov mətbuata verdiyi açıqlamada, məktubun hələ Putinə təqdim olunmadığını deyib. Daha əvvəl, ABŞ senatoru Rand Pol, Trampın məktubunu Rusiyaya apardığını bildirmişdi.
Rusiya prezidenti Vladimir Putin iyulun 27-də verdiyi bəyanatda, həm Vaşinqtonda, həm də Moskvada həmkarı Amerika lideri Donald Tramp ilə görüşməyə hazır olduğunu söyləmişdi.
Qeyd edək ki, Ağ Ev sözçüsü Sarah Sanders, Trampın uyğun bir rəsmi dəvət aldıqdan sonra Putin ilə bir görüş üçün Rusiya paytaxtını ziyarət etməyə hazır olacağını, həmçinin 2019-cu ildə Putini Vaşinqtonda salamlamağı gözlədiklərini bildirmişdi.
Müxalifət.az