Rusiya ilə Afrika ölkə arasında böyük - Anlaşma

Rusiya ilə Cənubi Afrika Respublikası arasında böyük çapda iqtisadi razılaşma əldə olunub.
Teleqraf.com xəbər verir ki, iki ölkə arasında razılaşma BRİKS zirvəsi çərçivəsində əldə olunub.
Qeyd edək ki, Braziliya, Çin, Hindistan, Rusiya və Cənubi Afrika iqtisadi əməkdaşlığı artırmaq məqsədilə BRİKS təşkilatını qurub. Hazırda bu təşkilatın Cənubi Afrikada zirvə görüşü keçirilir. Görüşdə Türkiyə prezidenti də iştirak edir.
Məlumata görə, BRİKS zirvəsi zamanı əksər ölkələr arasında iqtisadi razılaşmalar əldə olunub. Ən böyük razılaşma isə Rusiya ilə Cənubi Afrika Respublikası arasında əldə edilib.
“Rusiya balıq məhsulları məsələsində əldə olunmuş anlaşmanın Cənubi Afrikadan təsdiqini gözləyirik. Digər anlaşmalar kənd təsərrüfatı, heyvandarlıq, bitki, təhsil və digər sahələri əhatə edir”, - deyə Rusiya kənd təsərrüfatı nazirinin əməkdaşı Dmitri Patruşev deyib.