Rusiya ələ keçirdiyi silahları nümayiş etdirdi
26-08-2018 20:01
Baxış sayı:
3973

Rusiyada “Ordu-2018” forumu çərçivəsində ələ keçirilən silah və texnikaların sərgisi təşkil olunub.
Muxalifet.az xəbər verir ki, forumun mətbuat mərkəzindən verilən açıqlamada sərgidə Suriyada ələ keçirilən silahlar, o cümlədən İkinci Dünya müharibəsi zamanı Almaniya ordusunun texnika nümayiş edilib.
“Sərgidə terrorçulardan ələ keçirilən üzərinə zenit puemyorları və kompleksləri quraşdırılmış ciplər, idarəolunmayan raketlər daha çox marağa səbəb olub”, - məlumatda bildirilib.