Rusiya məxfi raketini sınaqdan keçirdi - Video
30-08-2018 13:55
Baxış sayı:
2242

Rusiya Müdafiə Nazirliyi dünyada analoqu olmayan yeni raket əleyhinə sistemini uğurla sınaqdan keçirib.
Axar.az xəbər verir ki, yeni raket əleyhinə sistemin sınağı Qazaxıstanın Sarı Şaqan poliqonunda baş tutub. Nazirlik yeni raketin sürəti, uçuş məsafəsi və adını açıqlamayıb.
Qeyd edək ki, Rusiya 2014-cü ildən bu yana Moskvanın müdafiəsi üçün nəzərdə tutulan yeni A-235 raketdən müdafiə sistemini sınaqdan keçirir.