​Rusiya və Türkiyədən Suriya həmləsi: Daha bir vilayət...

Baxış sayı:
5104

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Moskvada görüşü zamanı Suriyada yeni hərbi əməliyyatların keçirildiyi İdlib vilayətinə diqqət çəkib.
Muxalifet.az xəbər verir ki, müzakirədə Putin və Çavuşoğlu ilə yanaşı Türkiyə tərəfdən Müdafiə naziri Hulusi Akar, Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Rusiya tərəfdən isə Müdafiə naziri Sergey Şoyqu, xarici İşlər naziri Sergey Lavrov və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin iştirak etdiyi bildirilib.
Putin çıxışında Türkiyə və digər ölkələrin sayəsində Suriya böhranının həllində ciddi irəliləyiş əldə etdiklərini bildirib.
Qeyd edək ki, Vladimir Putin 2 gün öncə Kremldə Türkiyə nümayəndə heyətini qəbul edib.