Rusiya vaxt bildirdi: ABŞ 24 SAAT ƏRZİNDƏ HÜCUM EDƏCƏK

Baxış sayı:
2173

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, keçirdiyi mətbuat konfransında, ABŞ və müttəfiqlərinin 24 saat ərzində Suriyaya hücum edəcəyini açıqlayıb.
 
“Russia Today”-in (RT) verdiyi son dəqiqə məlumatına görə Zaxarova, ABŞ və müttəfiqlərinin, Əsəd rejimi tərəfindən həyata keçiriləcək bir hücumdan sonra, 24 saat içərisində raketlərini Suriyanı vurmağa hazır hala gətirəcəklərini deyib.
ABŞ-la müttəfiqlərinin Yaxın Şərqə 70 daşıyıcı vasitələrlə hücum gücləri yerləşdirmiş olduğunu bildirən Rusiya Xarici İşlər sözçüsü, bu gücün arsenalının 380 kruz raketi və hər biri 28 Tomahawk raketi daşıyan Qarnı və Ross dağıdıcı gəmilərdən ibarət olduğunu bildirdi.
Bu qüvvələrin daşıdıqları raketləri 24 saat ərzində Suriyaya hücuma hazır hala gətirə biləcəyini söyləyən Zaxarova, ABŞ-ın Aralıq dənizindəki digər gəmilərinin də tezliklə hücuma dəstək vermək üçün Suriya sahillərinə yaxınlaşacağını bildirib.
Müxalifət.az