RUSİYADA GÜNLƏRDİR MƏTBUATIN GÜNDƏMİNDƏN DÜŞMƏYƏN "SİYASİ TOY" - Romanovların varisinin toyunda hərbi fəxri qarovul olması ilə bağlı istintaq başladı - FOTO

Baxış sayı:
701

Rusiyanın Sankt-Peterburq şəhərində Romanovlar sülaləsinin nümayəndəsinin toyunda hərbi fəxri qarovulun olması ilə bağlı yoxlamalara başlanılıb.

Fəxri qarovulun əsgərləri hərbi və dövlət tədbirlərində iştirak edirlər, ancaq belə xüsusi dəvətlərə qatılmırlar. Buna görə knyaz Qeorqi Romanov və Rebekka Bettarininin toyu hərbi prokurorluqda bir sıra sualar doğurub.

Fəxri qarovuldan məsul olan Peterburqun hərbi komendantlığı da elit bölüyün hərbçilərinin “imperator” toyunda iştiakını izah edə bilməyib./qafqaz.media