Rusiyadan bu ölkəyə mesaj: “Etibarımızı itirirsiniz”
15-06-2018 23:52
Baxış sayı:
1981

Norveçin öz ərazisindəki ABŞ hərbi kontingentinin sayını iki dəfəyə qədər artırmaq istəməsi, faktiki olaraq Norveçin öz ərazisində sülh vaxtı ənənəvi xarici hərbi kontingentləri yerləşdirməmək siyasətinə ziddir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Norveçin bu addımı ikitərəfli münasibətlərdə etibarlılığı zədələyir. Hazırda Norveç ərazisinə hansı hücumdan söhbət gedə bilər? Norveç özü də dəfələrlə ən yüksək səviyyədə Rusiyanın təhdid yaratmadığını deyib” – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Norveç öz ərazisindəki ABŞ hərbçilərinin sayını iki dəfəyə qədər artırmaq haqqında qərar verib.