Rusiyalı jurnalistlər saxlanıldı: 3 il müddətinə qadağa...
9-05-2018 19:16
Baxış sayı:
2179

“Rossiya” və Rusiyanın “Pervıy kanal”ının müxbirləri Valentina Solovyeva ilə Olqa Yuryeva Ukraynada saxlanılıb.
Muxalifet.az xəbər verir ki, "Qələbə" günü ilə əlaqədar Rusiyada keçirilən tədbirdən videomaterial hazırlamaları üçün Kiyevə ezam edilən müxbirlər Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onlar Rusiya və Qazaxıstana deportasiya edilərək 3 il müddətinə Ukraynaya girişinə qadağan qoyulub.
Qeyd edək ki, müxbirlərdin hazırlayacağı süjetlərdən Ukraynanın dünya qarşısında diskreditasiyası və yalan məlumatların yayılmasında istifadə olunması planlaşdırılırdı.