Rusiyanın Kataloniyadakı referenduma müdaxiləsinə - Cavab
3-12-2018 21:22
Baxış sayı:
5359

Beynəlxalq haker qrupu "Anonymous" Rusiyanın Katalonyadakı müstəqillik referendumuna müdaxilə etdiyi iddialarının yalan olduğunu ortaya çıxaran sübutlar təqdim edib.
Muxalifet.az xəbər verir ki, Rusiya əleyhdarı İngiltərə layihəsi olan "İntegrity Initiative" sənədlərinin bir hissəsini də nəşr edən haker qrupu Almaniya, Yunanıstan və İspaniya ilə əlaqəli sənədlərdə mətbuatda və ispan siyasətçilər arasında yayılan sözügedən iddiaların saxta dəlillərə əsaslandığını üzə çıxarıb.