Rusiyanın taleyi bu 90 kiloqramdadır - Kiyevdən HƏMLƏ

Baxış sayı:
4990

Kiyev terrorizm və irqi diskriminasiyanın maliyyələşdirilməsi haqqında iş üzrə Rusiyadan BMT məhkəməsinə şikayət edib.

Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Pyotr Poroşenko bildirib.

Sənəd 2017-ci ildə Ukrayna hakimiyyəti tərəfindən təşəbbüs edilmiş proses çərçivəsində beynəlxalq məhkəməyə təqdim ediləcək. Kiyev Rusiyanı, xüsusi halda, qanunsuz silah çatdırılmasında, həmçinin Krım tatarlarının diskriminasiyasında ittiham edib.

“Rusiyaya qarşı iş üzrə memorandumun təqdim edilməsi o deməkdir ki, Rusiya bütün qeyri-qanuni hərəkətlərinə görə məsuliyyət daşıyacaq”, - Poroşenko feysbuk səhifəsində yazıb.

Daha əvvəl Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib ki, memorandum 29 cilddən ibarətdir və təxminən 90 kiloqram çəkiyə malikdir.