​Rusiyaya qarşı növbəti ittiham - Kiber hücum

Baxış sayı:
8299

Rusiyalı hakerlərin beyin mərkəzlərinə kiberhücumu ilə bağlı “Maykrasoft”un iddiaları anlaşılan deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Bu iddiaya reaksiyamız həmişəki kimi olacaq. Hansı hakerlərdən, hansı seçkilərə müdaxilədən söhbət getdiyindən xəbərimiz yoxdur. Tam olaraq kimlər haqqında danışırsınız? Onlara bu nəticəyə gəlməyə nə vadar edib? Bununla bağlı bizə mənbə göstərilmir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, “Maykrasoft” şirkəti rusiyalı hakerlərin respublikaçılara yaxınlığı ilə seçilən beyin mərkəzlərinə kiberhücum təşkil etdiyini iddia etdiyini və bunun qarşısının alındığı iddia edir.