Rusiyaya təhdid: Bu ölkədə ABŞ hərbçilərinin sayı artırılır
13-06-2018 12:39
Baxış sayı:
7060

Norveç hökuməti ABŞ-la hərbi əməkdaşlığı 5 il müddətinə uzatmaq niyyətindədir.
Muxalifət.az xəbər verir ki, bu barədə bəyanat Norveç Nazirlər Kabinetinin saytında yer alıb. Rəsmi Oslo həmçinin ölkədəki ABŞ hərbçilərinin sayını 2 dəfəyə qədər artıraraq 700 nəfərə çatdırmağı planlaşdırdığını açıqlayıb. Bu hərbçilərin Rusiya ilə sərhəddə yerləşən Trums quberniyasına göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Norveçdə olan ABŞ hərbçilərinin sayı 330 nəfərdir.