​Sabah Fuad Qəhrəmanlının apelyasiya şikayətinə baxılacaq

“Dekabr ayının 11-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində qərardan apelyasiya şikayətinə baxılacaq”.
Bu haqda məlumat verən vəkil Fəxrəddin Mehdiyev deyib ki, şikayət Nəsimi rayon Məhkəməsinin Fuad Qəhrəmanlı barəsində çıxardığı 3 ay müddətinə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlıdır”.
Hüquqşünas deyib ki, məhkəmədən sonra müvəkkili ilə Bakı İstintaq Təcridxanasında görüşəcək:
“Fuad Qəhrəmanlını artıq həmin təcridxanaya köçürüblər. Məhkəmədə və istintaqda onunla görüşmüşəm. Müvəkkilim təqsirləndirilən maddələrlə qətiyyən razılaşmır. O, ittihamları rədd edir. Hesab edir ki, “Facebook” sosial şəbəkəsindəki yazılar təhlili və tənqidi məqalələrdir”.
Fuad Qəhrəmanlı dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)  və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 3 ay müddətinə həbs edilib.