​Sabirabad sakini kürəyindən bıçaqlandı

Baxış sayı:
3568

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
“Report” xəbər verir ki, hadisə ötən axşam rayonun Muğan Gəncəli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Elvin Muxtar oğlu sol kürək və sağ çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
 
Məlumata görə, E.Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.