​Sarkozidən Putinlə bağlı etiraf

Baxış sayı:
7297

Siz burada yaşayırsınız, rusiyalısınız, beynəlxalq arenada nüfuz və imicinizin nə səviyyədə dəyişdiyini təxmin belə edə bilməzsiniz. Rusiya yenidən böyük güc mərkəzinə çevrildi.
Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, bu sözləri Fransanın eks-prezidenti Nikola Sarkozi Moskvada keçirilən Rusiya İnvestisiya Fondunun yeni il öncəsi rəsmi qəbulunda çıxışında bildirib.
Sarkozi Moskvaya olan gözlənilməz səfəri zamanı Vladimir Putinə qarşı dostluq hissləri bəslədiyini də etiraf edib:
"Vladimir Putinə hər zaman dostu olduğumu demək istəyirəm. Fərqli fikirlərə malik olmağımıza baxmayaraq, dialoq qura biləcəyimiz bir şəxsdir".