Sarkozinin xanımı: Möhtəşəm Türkiyə...

Baxış sayı:
1843

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həyat yoldaşı Karla Bruni ilə Türkiyəyə tətilə gəlib.
Muxalifet.az xəbər verir ki, Karla Bruni sosial şəbəkədə tətildə çəkdirdiyi fotoşəkli “Möhtəşəm Türkiyə” başlığı ilə paylaşıb. Aralıq dənizi sahillərində dincələn Karla Bruni Albert Kamusun kitabını oxuyarkən şəkil çəkdirib və İnstaqramda izləyiciləri ilə bölüşüb.
Səhər qaçışına çıxan Nikol Sarkozi isə təbiətin və dənizin dadını çıxarıb.