Əsəd və ABŞ gizli danışıq aparıb: 3 MADDƏLİK ŞƏRT

Suriyadakı vətəndaş müharibəsində illərdir terror təşkilatlarına dəstək verən Amerikalılar, geri çəkilmək üçün neft rəhbərliyində rol istəyib.
Suriyada 7 ildir davam edən vətəndaş müharibəsi səbəbindən milyonlarla insan həyatını itirib, bir o qədəri də qaçqın vəziyyətinə düşüb. Vətəndaş müharibəsi davam edərkən öz mənfəətləri istiqamətində terror təşkilatlarına açıq bir şəkildə dəstək verən ABŞ, Əsəd rəhbərliyi ilə danışıq masasına oturub.
AMERİKANIN 3 ŞƏRTİ
Əsədin ölkədən ayrılmasını istədiyi Amerikalılar, 3 şərt təqdim edib:
1.İranın Suriyanın cənubundan tamamən çəkilməsi
2.Xarici döyüşçülər, o cümlədən ölkədəki bütün terrorçu qruplar haqqında məlumat axını
3.Suriyanın şərqindəki neft ticarətində Amerikaya rol verilməsi
GÖRÜŞ TƏSDİQLƏNDİ
Əsəd rejimindən üst səviyyə bir səlahiyyətli “Reuters”-ə açıqlama verərək gizli danışıqları təsdiqləyib.
“Reuters”-in iki Amerikan kəşfiyyat nümayəndəsinə görüş haqda verdiyi suala hər hansı bir yalanlanma verilməyib.
Amerika casusları, danışıqların davam edəcəyini açıqlayıb.
Müxalifət.az