Seçkidəki pozuntularla bağlı bir necə cinayət işi açılıb - Gürcüstan DİN-dən AÇIQLAMA
28-11-2018 14:31
Baxış sayı:
4459

Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin gedişatı ilə bağlı bir neçə cinayət işinin açıldığını bildirib.
Gürcüstan KİV-ləri xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Nino Cavaxadze açıqlama verib.
Nazir müavini müxalif “Rustavi 2” telekanalının Marneulidə xüsusi təyinatlı polislərin və xüsusi texnikanın yerləşdirməsi ilə bağlı da açıqlama verib. Onun sözlərinə görə polis qüvvələrini ölkə miqyasında adekvat miqdarda bölüşdürməyə çalışır.
Gürcüstan KİV-i Mtsxeta şəhərində, Batumidə seçki məntəqələrində baş verən davalar barədə xəbər yayıblar. Tbilisinin Qldani səmtində isə TV Pirveli-nin əməkdaşı Tatyana Çapiçadzenin 2 qadın tərəfindən hücuma məruz qalması faktı nazirlik tərəfindən araşdırılır.