Senator Con Makkeyn vəfat etdi
26-08-2018 10:09
Baxış sayı:
4126

ABŞ-ın Arizona ştatının senatoru və keçmiş prezidentliyə namizəd Respublikaçı Con Makkeyn, 81 yaşında vəfat edib. Makkeyn, keçdiyimiz günlərdə beyin şişi müalicəsini dayandırmağa qərar vermişdi.
Keçən il ABŞ-ın Arizona ştatının senatoru və keçmiş prezidentliyə namizəd Respublikaçı Con Makkeynə beyin şişi diaqnozu qoyulduğu açıqlanmışdı. Makkeyn ailəsi dünən senatorun artıq çox ağır gələn xərçəng müalicəsini dayandırdığını bildirmişdi. Vyetnam müharibəsinin veteranı olan Makkeyn, donanma pilotu olaraq iştirak etdiyi müharibədə döyüş təyyarəsinin düşməsi nəticəsində əsir düşmüş və beş il ərzində müharibə əsiri kimi tutulmuşdu.
Müxalifət.az