Şeymanın Çağatayla fotoları ortaya çıxdı - YENİLƏNİB

Məşhur türk aktyoru Çağatay Ulusoyla eşq iddialarını təkzib edən Şeyma Subaşının yalanı ortaya çıxıb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, Şubaşının açıqlamasından sonra sosial şəbəkədə məşhur aktyorla fotosu yayılıb.
Foto cütlüyün sevgili olduğu iddialarını daha da gücləndirib.
Şeymanın Çağatayla fotoları ortya çıxdı - YENİLƏNİB
***
10:21
Məşhur televiziya mütəxəssisi Acun Ilıcalı ilə razılaşma yolu ilə boşanan Şeyma Subaşı xəyanət iddialarına cavab verib.
Türk mətbuatı xəbər verir ki, Subaşı aktyor Çağatay Ulusoyla eşq yaşadığını yalanlayıb.
O, "İnstagram" hesabında Çağatayla uzun müddətdir dost olduqlarını bildirib: "Çağatay Ulusoyla olan dostluğumu ətrafım yaxşı bilir. Bu dostluğun başqa tərəfə yozulması olduqca pisdir".
Qeyd edək ki, ötən ilin sentyabr ayında ailə quran A.Ilıcalı və Ş.Subaşı ötən gün boşanıblar. Cütlüyün 5 yaşında Melisa adlı qızları var.