ŞEYX HƏMZƏTİN ADAMLARI KADIROVU TƏHQİR EDƏNİ BELƏ CƏZALANDIRDI: “Diri-diri basdır…” – VİDEO
12-12-2018 17:05
Baxış sayı:
9706

Çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovun adamlarının Çeçenistan prezidenti Ramzan Kadırovu təhqir edən şəxsin cəzalandırmasının görüntüləri yayılıb. Sözügedən şəxs prezidenti “kazyol” adlandırıb. Bu da Şeyx Həmzət tərəfdarlarının qəzəbinə səbəb olub. Onlar həmin şəxsi taparaq küçənin ortasında döyüb və üzr istəməsini tələb ediblər. Kriminal avtoritetin dostları təhqiramiz ifadələr işlədən kişiyə xəbərdarlıq edərək bildiriblər ki, belə bir hal bir daha təkrarlanarsa, onu diri-diri basdıracaqlar./A24.Az