​Sinqapurda Özili cangüdən ordusu qorudu – Foto

Baxış sayı:
4012

Londonun “Arsenal” klubunun ulduz futbolçusu Məsud Özil komandası ilə birlikdə turnirdə iştirak etmək üçün Sinqapura səfər edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində azarkeşlər üçün təşkil olunan tədbirin sonunda Məsud Özilin ətrafındakı cangüdənlərin çoxluğu diqqətdən yayınmayıb. Ulduz futbolçunu bir tərəfdən klubun cangüdənləri, digər tərəfdən isə yerli təhlükəsizlik əməkdaşları mühasirəyə alıb.
Almaniya millisindən ayrılmaq qərarından sonra ilk dəfə mətbuat nümayəndələri qarşısına çıxan Özil turnir və komandanın yeni baş məşqçisi barədə danışsa da, Almaniya millisindən getməsi məsələsini dilə gətirməyib.