“Sırf iqtisadi elmlə maraqlanıram” - Eks-icraçı direktordan xəbər var

Baxış sayı:
2416

2017-ci ildə Əmanətlərin Sığortalanması Fondunda səalahiyyət müddəti başa çatdığı üçün icraçı direktor vəzifəsindən azad olunan Azad Cavadov hazırda elmi işlə məşğuldur.

Muxalifet.az  bildirir ki, bu barədə modern.az-a A.Cavadov özü məlumat verib.

A.Cavadov hazırda Azərbaycanda olduğunu bildirib:

“Ölkədəyəm, elmi fəaliyyətlə məşğulam. Sırf iqtisadi elmlə maraqlanıram. Başqa bir məşğuliyyətim yoxdur”.

Sabiq icraçı direktor gələcəkdəki fəaliyyətinin də bu istiqamətdə olacağını bildirib.

Qeyd edək ki, A.Cavadov 1987-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

İş karyerasını 1992-ci ildə Azərbaycan Milli Bankının Ödəniş Departamentində statistika üzrə baş iqtisadçı vəzifəsindən başlayan A.Cavadov Mərkəzi Bankın Valyuta tənzimlənməsi və Xarici Əməliyyatlar Departamentində şöbə müdiri, Mühasibatlıq Departamentində direktor müavini, Azərbaycan Beynəlxalq Bankının Mühasibatlıq Departamentinin direktor müavini, həmin Departamentin direktoru, Xəzinədarlıq Departamentinin direktoru, AtaBank ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının sədri vəzifəsinədək yüksəlib. Eyni zamanda, 2002-ci ildən etibarən Azərbaycan Bank Tədris Mərkəzində aktiv və passivlərin idarə edilməsi, risklərin idarə edilməsi mövzularında kurslar aparır.

2017-ci ilədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsində çalışıb.