Siyəzəndə dəhşətli qəza: 6 nəfər ölüb, 1 nəfər yaralıdır
25-08-2018 18:42
Baxış sayı:
4978

Avqustun 25-də Siyəzən rayonu ərazisində Qara Siyəzən kəndində minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Muxalifet.az AzərTAc-a istinadən xəbər verir ki, “VAZ-2107” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla, 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb.
Yaralı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.