Şəmkirdə toy karvanında hərəkət edən mikroavtobus qəzaya uğradı: 1 ölü, 14 yaralı
28-08-2018 16:49
Baxış sayı:
4069

Şəmkir rayonunda qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb. Muxalifet.az report-a istinadən xəbər verir ki, qəza rayonun "Yasamal aşırımı" adlanan ərazisində baş verib. Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.