SOCAR iki qaz paylayıcı şirkəti satın aldı

Azərbaycanın milli neft şirkəti SOCAR, Türkiyədəki investiyalarına sürət kəsmədən davam edir. SOCAR, zavod, neft-kimya, neft və boru kəmərindən sonra şəhərdaxili qaz paylama işinə də daxil olub. Şirkət, Alman EWE şirkətindən Bursa və Kayseri qaz paylayıcı şirkətlərini satın alıb. Satışın140 milyon dollara başa gəldiyi bildirilir.
Türkiyə, ildə 50 milyard kubmetrdən çox qaz istifadə edir. Qazın bütün rayon və kəndlərə genişləndirilməsi üçün investisiyalar davam edir. Sektor, hərəkətli bir dövrdən keçir. Alman nəhəngi EWE AG çatısı altında olan EWE Turkey Holding, 2007-ci ildə girdiyi Türkiyə qaz bazarından çıxır.
Qrup, Bursagaz, Kayserigaz, EWE Enerji, Enervis olmaqla, 4 iştirakını SOCAR-a satıb. Tərəflərin, 140 milyon dollara imza atdığı qeyd edilir. Satışın, bir neçə gün ərzində rəsmi olaraq bəyan olunması gözlənilir. EWE, Bursagaz və Kayserigazda 80 faiz səhmə malik idi. Çalık Enerjinin, Bursagaz və Kayserigazda 10 faiz payı var. Qalan 10 faiz səhmlər də bağlı bələdiyyələrə aiddir.
Trans Anadolu Qaz Boru Kəməri Layihəsi TRANSANADOLU-nun böyük səhmdarı olan ARDNŞ-in Türkiyədə enerji sektorunda milyardlarla dollarlıq investisiya edir.
PETKİM-in də sahibi olan SOCAR, ən son İzmirdə STAR Neftayırma zavodunu açdı. ARDNŞ-in satın aldığı EWE Enerji illik 2 milyard kubmetrlik qaz tədarük həcmi ilə Türkiyənin ən böyük şəxsi topdan satış portfelini də idarə edir. ARDNŞ-in, bu sahədə böyüməyi hədəf seçdiyi qeyd edilir.
Müxalifət.az